İngiltərə Premyer Liqasında çıxış edən klublar yay "transfer pəncərəsi" ilə bağlı seçimlərini ediblər.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, İPL-də "transfer pəncərəsi" 27 iyulda açılacaq və 5 oktyabrda bağlanacaq.
"Pəncərə"nin əlavə iki həftə müddətinə uzadılmasına dair təklifin də təsdiqlənəcəyi gözlənilir. Sözügedən periodda Premyer Liqa və aşağı divizionların klubları öz aralarında oyunçu alıb-satmaqla yanaşı, icarə müqavilələri bağlaya biləcəklər.
Fanat.Az