İngltərə Premyer Liqasının III turuna yekun vurulub. Fanat.az xəbər verir ki, turun son oyun günündə 3 qarşılaşma baş tutub.
"Vest Bromviç" doğma azarkeşlər arasında "Suonsi" ilə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdən qələbə ilə ayrılıb - 0:2. Digər bir qarşılaşma Liverpulda baş tutub. Belə ki, "Mançester Yunayted" səfərdə Liverpulun eyni adlı komandasının qonağı olub. Ev sahibləri ilk hissədə vurduğu qolla hesabda irəli keçib və matç bu hesabla da başa çatıb - 1:0. Azarkeşlər Londonda maraqlı oyunun şahidi olub. Burada yerli "Arsenal" "Tottenhem"i sınağa çəkib və minimal hesablı qələbə qazanıb.
Vest Bromviç - Suonsi 0:2
Qollar: Ben Davyes, 22. Pablo Hernandes, 83.
Liverpul - Mançester Yunayted 1:0
Qol: Daniyel Sturidge, 4.
Arsenal - Tottenhem 1:0
Qol: Olivye Jiru, 23.