İtaliya A Seriyasında 2019-20 mövsümü başa çatdı.
Fanat.Az xəbər verir ki, mövsüm ərzində A Seriyasında 1154 qol (oyun başına 3,04 qol ortalaması) vurulub. Bu, top-5 liqalarda mövsümün ən yüksək göstəricisidi.
Bu mənada A Seriyasının ən yaxın izləyicisi İngiltərə Premyer Liqasıdı (1034 qol, oyun başına 2,72 qol ortalaması). Ardınca Bundesliqa (982 qol, oyun başına 3,21 qol ortalaması) və La Liqa (942 qol, oyun başına 2,48 qol ortalaması) gəlir. Koronavirus pandemiyası səbəbindən erkən başa çatan Fransa Liqa 1-də isə 704 qol (oyun başına 2,53 qol ortalaması) vurulmuşdu.
Fanat.Az