"Barselona"nın müdafiəçisi Jerar Pike İspaniya La Liqası ilə İngiltərə Premyer Liqası arasındakı əsas fərqi izah edib.
Fanat.Az xəbər verir ki, 2004-2008-ci illər aralığında "Mançester Yunayted"də olmuş Pike "Marka"ya belə danışıb:
"İspaniyada əsas üstünlük oyunçuların fərdi istedadına verilir. İngiltərədə isə belə deyil. Orda fiziki mübarizə bacarığı əsas götürülür. İspaniya Primyerasını baxımlı edən məhz futbolçuların fərdi ustalıq səviyyəsinin ön planda tutulmasıdır. Bundan başqa, fanatların futbola münasibəti də fərqlidi. İspaniyada azarkeşlər fiziki gücü yox, yaxşı texnikası, ağıllı oyunu ilə seçilənləri sevir".
Atilla
Fanat.Az