PFL "Zaqatala"nın futbolçusunu mükafatlandırdı

PFL "Zaqatala"nın futbolçusunu mükafatlandırdı

Peşəkar Futbol Liqasının layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ikinci qalib mükafatlandırılıb. 

Fanat.Az xəbər verir ki, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Zaqatala”nın futbolçusu Emin Mehtiyevin MOİK-in qapısından keçirdiyi top oktyabr ayının ən yaxşı qolu seçilib.

Pul mükafatını (500 AZN)  və xüsusi hədiyyəni bu gün keçirilən “Zaqatala” – “Ağsu” oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər