"Betis" yeni baş məşqçisini açıqlayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, yeni mövsümdən "Betis"i Manuel Pelleqrini çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanıb.
Pelleqrininin son iş yeri "Vest Hem" olub. 66 yaşlı mütəxəssis ötən ilin dekabr ayında istefaya göndərilmişdi.
Pelleqrini İspaniyada "Malaqa", "Vilyarreal" və "Real"ın baş məşqçisi olub.
Hazırda "Betis"i Aleksis Truxilyo çalışdırır. 35 turdan sonra aktivində 41 xalı olan Sevilya təmsilçisi La Liqada 13-cüdü.
Fanat.Az