Serbiyalı baş məşqçi Milinko Pantiç “Bakı”nı çalışdırmaqdan imtina edib. Fanat.az xəbər verir ki, böyük maliyyə sıxıntısı içində çabalayan "Bakı" klubunun vəziyyəti hamıya məlumdu. Elə bu vəziyyətə görə ümumiyyətlə Bakıya gəlməyən məşqçi, köməkçilərini göndərmiş özü isə vəziyyətin düzəlməsini gözləmişdi.
“Bakı”da durum hələ sabitləşmədiyi üçün Milinko Pantiç özü Azərbaycana qayıtmamağa, köməkçilərini isə klubdan geri çağırmağa qərar verib. Odur ki, indiki məqamda “Bakı”nın praktiki olaraq, baş məşqçisiz qaldığını söyləyə bilərik.
Pantiç hətta Azərbaycana göndərdiyi məşqçiləri də geri çağırıb. Bu isə o deməkdi ki, “biz “Bakı”da bu vəziyyətdə işləyə bilmərik”.
Belə olan halda, “Bakı” məşqçi axtarışına çıxıb. Futbol11.az-ın məlumatına görə hazırda bu postu tutmağa iki real namizəd var. Bunlardan biri əvəzedici heyətin baş məşqçisi İbrahim Uuzunca, digəri isə uzun müddətdi ki, “Bakı”da müxtəlif postlarda çalışan Novruz Əzimovdu.
Fanat.az