Palinya "Benfika"da - RƏSMİ

Palinya "Benfika"da - RƏSMİ

"Benfika" "Bayern Münhen"in və Portuqaliya millisinin üzvü Juan Palinyanı heyətinə qatıb.

Fanat.Az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Bu keçid Lissabon təmsilçisinə14 milyon avroya başa gəlib. "Bayern" Palinyanın satışından müxtəlif bonuslar şəklində daha 5 milyon avro qazana bilər. Sazişdəki xüsusi bəndə əsasən sözügedən futbolçunu istəyən klub "Benfika"ya 50 milyon avro ödəməlidir.

Palinya ötən mövsüm icarə əsasında İngiltərənin "Tottenhem" klubunda top qovub. O, London təmsilçisinin heyətində 45 matça çıxaraq 7 qol vurub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər