"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı zədələnib. Fanat.az xəbər verir ki, "Qəbələ" üzərindəki qələbədə pay sahiblərindən olan gənc qolkiper məhz bu oyunda zədə alıb.
Amma Orxanın zədəsi ciddi deyil. Qapıçı XXII turun "Bakı" ilə Lənkəran şəhər stadionunda baş tutacaq oyununda meydana çıxa biləcək.
Fanat.az