Oğrular Bakı Olimpiya stadionunu qarət etdi

Oğrular Bakı Olimpiya stadionunu qarət etdi
Ötən gün Bakının Sabunçu rayonu Böyükşor şosesində yeni inşa olunan olimpiya stadionundan oğurluq baş verib. Fanat.az xəbər veririr ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti stadiondan 60 ədəd 4 metrlik armaturun oğurlanması barədə xəbər yayıb.
 
Armatur oğurlayan Bakı şəhər sakinləri - Bayram Dekanadze və əvvəllər məhkum olunmuş Tahir Bədəlov saxlanılıb. Onlar Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulub və Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsinə təhvil veriliblər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər