"Onun transferi "Çelsi"ni yeni səviyyəyə çatdıracaq" - Meyson Maunt

"Onun transferi "Çelsi"ni yeni səviyyəyə çatdıracaq" - Meyson Maunt

"Çelsi"nin və İngiltərə millisinin yarımmüdafiəçisi Meyson Maunt yığmadakı komanda yoldaşı Rahim Sterlinqin "zadəganlar"ın sıralarına qoşulmasını şərh edib.

Fanat.Az xəbər verir ki, Maunt "Sky Sports"a müsahibəsində yeni transferi belə dəyərləndirib:

"Rahim yüksək səviyyəli futbolçudur. Mən də son iki ildə onun sayəsində millidə çox şey öyrənmişəm. Sterlinqi komandamızda gördüyümüz üçün şadıq. 

Biz bir neçə lider itirmişik. Rahim isə komandanı arxasınca apara biləcək futbolçudur. Onun transferi "Çelsi"ni yeni səviyyəyə çatdıracaq. Ümid edirəm ki, birlikdə mükafatlar qazanacağıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər