"Olimpik Marsel"in baş məşqçisi: "Hər təfərrüat nəzərə alınacaq"

"Olimpik Marsel"in baş məşqçisi: "Hər təfərrüat nəzərə alınacaq"

“Olimpik Marsel”in baş məşqçisi Xorxe Sampaoli Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl açıqlama verib.

Fanat.Az "Ledauphine" nəşrinə istinadən xəbər verir ki, Fransa təmsilçisinin argentinalı çalışdırıcısı Bakıdakı oyunun fərqli təcrübə olacağını deyib: 

“Bu oyun hər kəs üçün fərqli təcrübə olacaq. Bu matça hazır olmalıyıq. Vaxt azlığı səbəbindən hər təfərrüat nəzərə alınacaq”.

Qeyd edək ki, Sampaoli bu gün saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda da mətbuat konfransı keçirəcək.

Sabah sözügedən arenada oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər