"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanqın "Çelsi"yə transferi yubanır.
Fanat.Az xəbər verir ki, tanınan insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında qabonlu forvardın keçidi ilə bağlı son durumdan bəhs edib:
“Düşünürəm ki, Obameyanqın müqaviləsi ətrafında strateji oyun gedir. "Çelsi" bilir ki, "Barselona" Jül Kunde ilə müqavilə imzalamaq üçün oyunçusunu satmalıdır, ona görə də ingilislər 17 milyon avrodan çox pul və bonus ödəməyə razı deyillər. Kataloniya klubu da öz növbəsində Obameyanqın Tomas Tuçel üçün prioritet olduğunu bilir və buna görə 30 milyon avro istəyir. Məncə, 20 milyon avro ədalətli qiymət olacaq".
Qeyd edək ki, Obameyanq bu ilin yanvarında azad agent olaraq "Barselona"ya keçib. O, Kataloniya təmsilçisinin heyətində 24 matçda 13 qol vurub.
Mirağa