Obameyanq qadağaya görə "Çelsi"də qalıb

Obameyanq qadağaya görə "Çelsi"də qalıb

Ötən ilin sentyabrında "Barselona"dan ayrılaraq "Çelsi"yə keçən Pyer-Emerik Obameyanq FİFA-nın qadağası üzündən bu qış "zadəganlar"ı tərk edə bilməyib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Evening Standard" yayıb.

Xəbərə görə, "Milan" və "Atletiko Madrid"in istədiyi 33 yaşlı qabonlu cari mövsüm artıq 2 klubda oynamağa imkan tapdığı üçün 3-cü komandada forma geyinə bilməz və o, məhz bu səbəbdən London klubunda qalıb.

Qeyd edək ki, bu mövsüm "Çelsi" forması ilə bütün turnirlərdə 17 matça çıxan Obameyanq 3 qol və 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər