"Layptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunku karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, fransalı futbolçu yayda "Çelsi"yə keçəcək.
Almaniya klubunun idman direktoru Maks Eberli insayder Fabritsio Romanoya açıqlamasında məlumatı təsdiqləyib: “Nkunku müqaviləsinin tamamlandığını təsdiq edə bilərəm. Şübhəsiz ki, o, iyulda "Çelsi"yə keçəcək".
Futbolçunun sentyabrda “Çelsi”də tibbi müayinədən keçdiyi bildirilir. Londonlular Nkunku üçün 60 milyon avro ödəyəcək. Futbolçunun Almaniya komandası ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Kristofer Nkunku Fransa millisinin məşqində ikitərəfli oyun zamanı aldığı zədə səbəbindən Qətərdə keçirilən dünya çempionatını buraxıb. O, Bundesliqanın cari mövsümündə “Layptsiq”in heyətində 15 oyun keçirib və 12 qol vurub.
Mirağa