Niko Kovaç: "Azərbaycan yaxşı müdafiə olunmağı bacarır"

Niko Kovaç: "Azərbaycan yaxşı müdafiə olunmağı bacarır"
“Azərbaycan yığmasını taktiki cəhətdən incələmişik. Amma bu haqda burda danışmaq istəmirəm. Oteldə futbolçularıma bu barədə öz fikirlərimi çatdıracağam”. Fanat.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məqşçisi Niko Kovaç deyib.
Sabah milli komandamızı qəbul edəcək Xorvatiyanın çalışdırıcısı bu gün mətbuat konfransı keçirərək oyunla bağlı fikirlərini bildirib: "Azərbaycan güclü rəqibdi. Son iki oyunda çətinliklə uduzublar. Azərbaycan yaxşı müdafiə olunmağı bacarır. Bizi əks-hücumlarda yaxalamağa çalışacaqlar. Ona görə də diqqətli olmalıyıq. Berti Foqtsun sözlərinə mən də qatılıram. 2 gündən bir oyun keçirmək bizim üçün də ağırdır. Amma buna öyrəşməliyik. Biz bu 2 oyundan 6 xal götürməyi qarşımıza məqsəd kimi qoymuşduq. Bu komandanı öyrənmək üçün Azərbaycanda çıxış edən futbolçulardan heç kimlə əlaqə saxlamamışam. Rəqibin bir neçə son oyununa baxmışam".
Kovaç Foqtsu yaxşı tanıdığını bildirib: "Berti Foqtsu çox yaxşı tanıyıram. Son illərdə onun komandasının necə inkişaf etdiyini görməmək mümkün deyil". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər