Nigeriyalı müdafiəçi bir həftədən artıqdır ki, Azərbaycandadır

Nigeriyalı müdafiəçi bir həftədən artıqdır ki, Azərbaycandadır

Nigeriyalı mərkəz müdafiəçisi Alaqa Kehinde Oduvalamilare Azərbaycana gəlib. Fanat.Az -ın əldə etdiyi məlumata görə, bir həftədən artıqdır ölkəmizdə olan futbolçunun 1-ci Liqa təmsilçisi "Mingəçevir"lə müqavilə bağlamaq üzrədir. O, tibbi müayinədən uğurla keçsə, 1 mövsümlük sazişə imza atacaq. Qeyd edək ki, mövsümün hazırlığına avqustda başlayan "işıqçılar" Elman Sultanoun rəhbərliyi altında ilk 3 turda 1 xal qazanıblar. Açılış turunda öz meydanında "Zaqatala" ilə 2:2 hesablı məhsuldar bərabərliyə razılaşan "Mingəçevir" ardından qonaq qimsində "Səbail"ə 1:2, 3-cü turda isə evdə "Gəncəbasar"a 0:3 hesabı ilə uduzub. Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər