Bir neçə gün əvvəl yaşadığı Danimarkaya yollanan "Rəvan"ın futbolçusu Oke Akpovetanın zədəli olduğu və iki gün sonra Bakıya qayıdacağı açıqlanmışdı. Lakin nigeriyalı forvarddan hələ ki, bir xəbər yoxdu.
Fanat.az xəbər verir ki, Okenin "Rəvan"a qayıtmaq niyyəti yoxdu. Artıq klub rəhbərliyi də bununla barışıb və nigeriyalı futbolçu ilə vidalaşmaq qərarına gəlib.
Qeyd edək ki, "Rəvan"a qışda transfer olunan Akpoveta Premyer Liqada keçirdiyi 11 oyunda 1 qol vurub. 22 yaşlı hücumçu kubokda da 4 matça çıxıb. O, əvvəllər Nigeriyanın "Varri Volves" və Danimarkanın "Bröndbü" klublarında forma geyinib.
Fanat.az