Neymar Paris klubunun onunla vidalaşmağa hazır olduğunu öyrənəndən sonra bu yay PSJ-dən ayrılmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı futbol jurnalisti və teleaparıcı Jülyen Lorens məlumat yayıb.
Xəbərə görə, Neymarın agenti Pini Zahavi braziliyalı futbolçu üçün potensial alıcılar tapmaq üzərində işləyir. "Çelsi" rəhbərliyi ilə gedən danışıqlarda şəxsən Neymarın da iştirak etdiyi qeyd olunur.
Neymar ötən il parislilərlə illik 43 milyon avro maaşla yeni müqavilə imzalamışdı.
Emin