Nağı Səfərov Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçildi

Nağı Səfərov Avropa Taekvondo Birliyinin İdarə Heyətinə üzv seçildi

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərib.

Fanat.Az xəbər verir ki, Səfərov yenidən Avropa Taekvondo Birliyinin (ATB) İdarə Heyətinə üzv seçilib.

Türkiyənin İstanbul şəhərində baş tutan ATB-in növbəti Baş Assambleyasında qurumun prezidenti, vitse-prezidentləri və İdarə Heyəti yenidən formalaşıb. İdarə Heyətinin 14 üzvü arasında Səfərov da yer alıb.

Assambleyanın yekununa əsasən, növbəti dörd il Sakis Praqalos ATB-in prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcək. Antonino Barbarino isə baş katib vəzifəsinə təyin olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər