İspaniyanın "Betis" klubu yarımmüdafiəçisi Nabil Fekirlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinə məlumat yayıb.
31 yaşlı oyunçu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. O, "Əl-Cəzirə" komandasına transfer olunub.
2019-cu ildən "ağ-yaşıllar"ın şərəfini qoruyan Fransa millisinin üzvü bu müddət ərzində 165 oyuna çıxıb və 29 qol vurub.
Qeyd edək ki, Fekir Fransa millisi ilə 2018-ci dünya çempionatının qalibi olub.