"Monako"nun müdafiəçisi Aksel Disasi "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Give Me Sport" məlumat yayıb.
Xəbərə görə, hazırda "qırmızı şeytanlar" transferlə bağlı qarşı tərəflə ilkin danışıqlar aparırlar. "Monako" ilə danışıqlar müsbət yekunlaşarsa, 25 yaşlı fransalı futbolçunun keçidi yayda reallaşa bilər.
Qeyd edək ki, Fransa millisinin üzvü 2020-ci ildən "Monako"da çıxış edir. 78 oyunda meydana çıxan müdafiəçi 5 qola imza atıb.
Röya