Münəccimin proqnozu: Lider "Çelsi", yoxsa Ronaldulu MY?

Münəccimin proqnozu: Lider "Çelsi", yoxsa Ronaldulu MY?

Bu gün İngiltərə Premyer Liqasının XIII turunun ikinci oyun günüdür.

Fanat.Az proqnoz vermək üçün turun ən maraqlı oyunu  "Çelsi" - "Mançester Yunayted" görüşünü seçib.

Çelsi

Ötən çərşənbə axşamı Çempionlar Liqasının qrup mərhələsində "Yuventus" üzərində böyük hesablı qələbə (4:0) qazanan "Çelsi" pley-offa erkən vəsiqə qazanıb . London təmsilçisi 4 qələbə ilə 12 xal qazanıb. Qeyd edək ki, "Çelsi" turnir ərzində cəmi bir dəfə qol buraxıb.

Ölkə çempionatında 12 turdan sonra “təqaüdçülər” doqquz qələbə və iki heç-heçə ediblər ki, bu da 29 xal deməkdir. Cəmi dörd dəfə qol buraxan klubun müdafiə xəttindəki fantastik çıxışını qeyd etmək lazımdır.

Bu gün Kante, Kovaçiç, Çillvell və budundan zədə alan Haverts meydana daxil ola bilməyəcək.

Mançester Yunayted

Əgər ötən mövsüm “Mançester Yunayted” birincilik uğrunda mübarizə aparıbsa və hətta bir müddət liderliyi ələ keçiribsə, cari mövsüm komandanın göstərdiyi nəticələr azarkeşləri qane etmir. Komanda ilk mərhələdə “Vest Hem”ə uduzaraq (0:1) Liqa Kubokundan kənarlaşdırılıb.

Çempionlar Liqasında isə  vəziyyət mankunianlılar üçün daha yaxşıdır - "qırmızı şeytanlar" üç qələbə və bir heç-heçə ilə pley-offa erkən vəsiqə qazanıb. Yeri gəlmişkən, çərşənbə axşamı “Mançester Yunayted” ötən il Avropa Liqasının finalında məğlub olduğu “Vilyarreal”dan qisas alıb.

"Qırmızı şeytanlar" İngiltərə çempionatında son beş turda dörd məğlubiyyət görüblər. "Uotford"la oyundakı fiasko (1:4) Ule Qunnar Sulşeri istefaya göndərdi. Hazırda "Yunayted"in beş qələbəsi və iki heç-heçəsi var ki, bu da 17 xal və turnir cədvəlində səkkizinci mövqe deməkdir.

Hər oyunda az qala iki top buraxan komandanın müdafiə xəttindəki dəhşətli çıxışını qeyd etmək lazımdır.

Başında zədəsi olan Varan meydanda olmayacaq. Bundan əlavə Qrinvud, Maquayr, Poqba, Kavani, Fred və Lyuk Şou da bu gün meydana çıxa bilməyəcək.

Komandalar arasında keçirilən son 5 görüş:

Çelsi - Mançester Yunayted 0:0 Mançester Yunayted - Çelsi 0:0 Mançester Yunayted - Çelsi 1:3 Çelsi - Mançester Yunayted 0:2 Çelsi - Mançester Yunayted 1:2 

Proqnoz

Hər iki komandanın hazırki vəziyyətini, "Çelsi"nin doğma meydanda və doğma azarkeşlər önündə oynamasını nəzərə alan münəccim düçünmədən meydan sahiblərinin qələbəsi proqnozunu verəcək. Belə bir variant xarici bukmeker kontorları tərəfindən 1,60 əmsalla qiymətləndirilir. 

Münəccim güman edir ki, qonaqlar iri hesablı məğlubiyyətdən qaça biləcəklər, çünki komandanın hücumda yaxşı ifaçıları var, mavilər isə evdə nadir hallarda kimisə minimal fərqlə məğlub edir. İlk qoldan sonra “Çelsi”nin dayanmayacağını təxmin etmək olar. 

İkinci proqnoz cəlbedicidir - 4,75 əmsalla "Çelsi"nin iki top fərqi ilə qələbəsi.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər