"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik "Brayton"la yoxlama oyununda (4:3) "zadəganlar"ın forması ilə ilk qolunu vurub.
Fanat.Az xəbər verir ki, ön xətt oyunçusu Pensilvaniya ştatındakı (ABŞ) "Linkoln Faynenşel Fild" stadionunda baş tutan qarşılaşmadan sonra təəssüratlarını bölüşüb.
"Absolute Chelsea" Mudrikin dediklərini belə çatdırıb: "Fərqlənməyim xoşuma gəldi. Qol vurarkən heç nə barədə düşünmədim. Məşqlərdə bunun üzərində çox işləmişdim".
Qeyd edək ki, "Çelsi" növbəti sınaq qarşılaşmasını iyulun 27-də "Nyukasl"a qarşı keçirəcək. İngiltərə çempionatında yeni mövsüm avqustun 11-də start götürəcək.
Nihat