MS "Çelsi" ilə danışıqlar aparır - Kimin üçün?

MS "Çelsi" ilə danışıqlar aparır - Kimin üçün?

"Mançester Siti" Mateo Kovaçiç üçün irəli atılıb. 

Fanat.Az xəbər verir ki, "şəhərlilər" 29 yaşlı yarımmüdafiəçi üçün "Çelsi"yə 35 milyon avro ödəməyə hazırdır. 

Məlumatı "The Athletic" yayıb. Xəbərə görə, hazırda tərəflər arasında danışıqlar gedir. Razılıq əldə olunarsa, keçid bu yay gerçəkləşəcək. 

Kovaçiçin "Çelsi" ilə sözləşməsi 1 il sonra başa çatacaq deyə, "zadəganlar" onu pulsuz buraxmamaq üçün bu yay onu mütləq satacaq. 

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2019-cu ildən "Çelsi"də çıxış edir. 98 oyunda meydana çıxan futbolçu 3 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər