Mope Liverpul klubunu Fransa təmsilçisinə dəyişdi - RƏSMİ

Mope Liverpul klubunu Fransa təmsilçisinə dəyişdi - RƏSMİ

"Everton"un hücumçusu Nil Mope karyerasını Fransada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, ön xətt oyunçusu "Olimpik Marsel"ə keçib.

Məlumatı Liqa 1 klubunun mətbuat xidməti yayıb. 

28 yaşlı Mope 1 mövsümlük icarəyə götürülüb.

Fransa klubu sonradan müəyyən məbləğ ödəyərək Nilin transfer hüquqlarına da yiyələnə biləcək. O, yeni komandasında 32 nömrəli forma ilə top qovacaq.

Qeyd edək ki, Mope ötən mövsüm "Everton"un forması ilə bütün turnirlərdə 34 matça çıxaraq 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

 

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər