Molla Azərbaycan klubuna keçə bilər

Molla Azərbaycan klubuna keçə bilər

Moldovanın "Tiraspol" klubunun 28 yaşlı hücumçusu Oleq Molla Azərbaycan Premyer Liqasında çıxış edən klublardan birinin maraq dairəsinə düşüb.

"Report" moldova.sports.md nəşrinə istinadən xəbər verir ki, Azərbaycan çempionatında turnir cədvəlinin ortalarında qərarlaşan klub Molla ilə danışıqlar aparıb və artıq futbolçunun razılığını da alıb.

Yayda hücumçunun klubu ilə müqaviləsi başa çatır və o Azərbaycana azad agent statusunda gələ bilər.

Oleq Molla Kişnyovun "Zimbru" klubunun yetirməsidir. O karyerası ərzində "Beşiktaş" (Kişnyov), "İskru-Stal", "Sfıntul Qeorqe" və "Daçiya" kimi klubların şərəfini qoruyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər