MLS-in qalibi müəyyənləşdi

MLS-in qalibi müəyyənləşdi
Amerika Milli Futbol Liqasının (MLS) qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Sportinq Kansas Siti" ölkə çempionu olub.
ABŞ çempionunu müəyyənləşdirən oyunda "Sportinq Kansas Siti" və "Real Salt Lake" qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçın qalib penalti seriyasında müəyyənləşib. 7:6 hesabı ilə qalib gələn "Sportinq Kansas Siti" 2000-ci ildən sonra ilk dəfə MLS-in qalibi olub.
Qeyd edək ki, MLS ABŞ və Kanada klubları arasında keçirilir. Turnirin bu ilki final matçı ABŞ-ın Kansas şəhərində baş tutub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər