Mirça Luçesku İstanbulda

Mirça Luçesku İstanbulda
"Qalatasaray"ın baş məşqçi postuna bir nömrəli namizəd hesab olunan Mirça Luçesku İstanbula səfər edib. Fanat.az xəbər verir ki, rumın mütəxəssis ötən gecə Buxarest - İstanbul reysi ilə Türkiyəyə uçub.
Atatürk hava limanının əməkdaşları Luçeskuya böyük maraq göstərib. Hətta onlar "Qalatasaray" üçün gəlmisiz" deyə ona sual da veriblər. Lakin rumın mütəxəssis onların sualına gülməklə reaksiya verib.
İddialara görə, Luçesku İstanbula "Qalatasaray"ın prezidenti Ünal Aysalla danışıqlar aparmaq üçün gəlib. Başqa bir xəbərdə isə iddia olunur ki, Aysal rumın mütəxəssis yola gətirməyi Abdurrahim Albayrakdan xahiş edib. Sabiq klub rəsmisi isə onu bu məqsədlə İstanbula çağırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər