Azərbaycan karateçisi Roman Heydərov Avropa Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
Fanat.Az xəbər verir ki, kata nüvündə mübarizə aparan idmançı Almaniya təmsilçisi İlya Smorgunerlə üz-üzə gəlib.
Dueldən qalib ayrılan (25.46 - 24.54) Azərbaycan təmsilçisi Avropa Oyunlarının bürünc medalını qazanıb.
Qeyd edək ki, bu, hazırda Azərbaycan yığmasının "Minsk 2019"da 21-ci medalıdı. Komandanın aktivində 3 qızıl, 6 gümüş və 12 bürünc medal var.
***12.45
Azərbaycan karateçisi Roman Heydərov II Avropa Oyunlarında bürünc medal uğrunda döyüşəcək.
Fanat.Az xəbər verir ki, kata növündə mübarizə aparan idmançı B qrupunda 24.63 xalla üçüncü olub. Bu, ona növbəti mərhələdə iştirak üçün kifayət edib.
Roman Heydərov B qrupunun ikinci mərhələsində 25.40 xal toplayıb. Bununla da idmançımız bürünc medal uğrunda döyüşmək hüququ qazanıb. Roman Heydərov medal uğrunda dueldə almaniyalı İlya Smorgunerə rəqib olub.
Qeyd edək ki, bu gün İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (84 kq) kumite yarışlarında mübarizə aparacaq.
Fanat.Az