"Minsk-2019": Azərbaycan növbəti qızıl medalını qazandı

"Minsk-2019": Azərbaycan növbəti qızıl medalını qazandı
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 65 kq çəkidə yer alan 28 yaşlı pəhləvan finalda Vladimir Xinçeqaşvilini məğlubiyyətə uğradıb. İlk hissədə ardıcıl iki fəndlə 4:0 hesabı ilə önə çıxan Əliyev rəqibin etirazları qəbul olunmayınca aktivinə daha 1 xal yazdırıb.
İkinci yarının əvvəllərində Xinçeqaşvili 2 xal alsa da, Əliyev daha 5 xalla fərqi 8-ə çatdırıb. Nəticədə o, 10:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub. 
Qeyd edək ki, daha öncə 57 kq çəkidə yer alan sərbəst güləşçi Mahir Əmiraslanov qızıl medal əldə edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər