Azərbaycan boksçusu Lorenzo Sotomayor II Avropa Oyunlarını bürünc medalla başa vurub.
Fanat.Az xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı yarımfinalda Böyük Britaniya təmsilçisi Pat Makkormaka uduzduğu üçün "bürünc”lə kifayətlənməli olub. O, rəqibinə nokautla yenilib.
Bu, Azərbaycanın II Avropa Oyunlarında 17-ci medalıdı (2 qızıl, 5 gümüş, 10 bürünc).
Qeyd edək ki, bir qədər sonra Azərbaycanın digər boksçusu Alfonso Dominqes (81 kq) yarımfinal görüşünə çıxacaq. O, italiyalı Fiori Simone ilə döyüşəcək.
Fanat.Az