Millinin rəqibi Bakıya darmadağın və rekordla gəlir

Millinin rəqibi Bakıya darmadağın və rekordla gəlir

Martın 25-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Belarus yığması rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv bu nəticəni Tacikistanla oyunda reallaşdırıb 

Qonaqlar Düşənbədə keçirilən yoldaşlıq görüşündə 5:0 hesablı qələbə qazanıblar. 

Belarus seçməsi daha əvvəl üç dəfə bunu bacarıb. 1998-ci ildə Litva, 2018-ci ildə isə San Marino seçməsinin qapısından 5 cavabsız top keçirən belaruslular 2014-cü ildə Tacikistan millisini 6:1 hesabı ilə üstələyiblər.

Tacikistandakı görüş daha bir əlamətdar hadisə ilə tarixə düşüb. Belə ki, Belarus millisi ən böyükhesablı səfər qələbəsini qazanıb.

Qeyd edək ki, Azərbaycan – Belarus oyunu “Bank Respublika Arena”da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər