Almaniyanın "Aue Erzqebirge" klubu növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu II Bundesliqa klubu "Liverpul"un 21 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşıb.
Oyun Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda meydanda olmayan Nazarov ikinci şissədə oyuna daxil olub.
Fanat.az