Almaniyanın "Fortuna" klubu daha bir yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi komanda Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşıb.
Matç Düsseldorf təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat meydana 71-ci dəqiqədə, hesab 0:1 olarkən daxil olub.
Fanat.az