Millimizin rəqibini Bakıya iki mütəxəssis gətirir

Millimizin rəqibini Bakıya iki mütəxəssis gətirir

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi olan Slovakiyanın Bakıya səfəri ərəfəsində istefaya göndərilən baş məşqçinin - Ştefan Tarkoviçin postu boş qalmayıb.

Fanat.Az "spravy.pozri" saytına istinadən xəbər verir ki, iyunda baş tutacaq iki oyunda (sabah Bakıda Azərbaycanla, bazar ertəsi isə Nur-Sultanda Qazaxıstanla) Slovakiya yığmasına Samuel Slovak - Marek Mintal tandemi başçılıq edəcək.

Samuel Slovak baş məşqçi funksiyasını yerinə yetirəcəksə, Marek Mintal onun köməkçisi olacaq. 

Millətlər Liqsası çərçivəsində keçiriləcək Azərbaycan - Slovakiya görüşü sabah, Bakı vaxtı ilə saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər