Millimizin futbolçusu Ukrayna klubunda - FOTO

Millimizin futbolçusu Ukrayna klubunda - FOTO

"Qəbələ"dən ayrılan Pavel Paşayev ölkəni tərk edib. Fanat.az xəbər verir ki, yenidən legioner həyatı yaşamaq qərarına gələn millimizin üzvü artıq özünə yeni klub tapıb.

28 yaşlı müdafiəçi yenidən Ukraynada çıxış edəcək. Belə ki, o, "Stal" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Razılaşmaya əsasən, Pavel qarşıdakı 2 ildə Premyer Liqada çıxış edən Dnepetrovski təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, bu ilin fevralında “Qəbələ”yə keçən Paşayev əvvəllər Ukraynanın "Dnepr", "Krivbass", "Karpatı" və "Metallurq" klublarında çıxış edib.

Millimizin futbolçusu Ukrayna klubunda - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər