Millimizin forvardı "Beşiktaş"a qarşı oynadı

Millimizin forvardı "Beşiktaş"a qarşı oynadı

Türkiyə Superliqasında 3-cü turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, əsas yığmamızın forvardı Dəniz Yılmazın və U-21 millimizin üzvü Ozancan Kökcünün şərəfini qoruduğu "Bursaspor" da növbəti matçına çıxıb.

"Timsahlar" səfərdə "Beşiktaş"a 1:2 hesabıyla uduzub. Start heyətində yer alan Dəniz 66-cı dəqiqədə əvəzlənibsə, Ozancanın adı oyunun iştirak ərizəsinə salınmayıb.

Bu yenilgidən sonra "Bursaspor"  3 xalla turnir cədvəlinin 11-cisidir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər