Millimizin Çexiya və Almaniya ilə oyunlarına təyinatlar açıqlandı

Millimizin Çexiya və Almaniya ilə oyunlarına təyinatlar açıqlandı

Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki son 2 oyunu üçün hakim təyinatları açıqlanıb:

Azərbaycan - Çexiya

Hakimlər: Benua Milyo, Julian Paçelli, Bertran Juanno, Frank Şnayder (Fransa).

Almaniya - Azərbaycan

Hakimlər: Andris Traymanis, Harald Qudermanis, Aleksey Spasyonnikov, Aleksandr Qolubev (Latviya).

Qeyd edək ki, C qrupunda yer alan Azərbaycan millisi Çexiya ilə oktyabrın 5-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Oyun saat 20:00-da başlanacaq. Almaniya ilə qarşılaşma isə oktyabrın 8-də Kayzerslautern şəhərindəki "Frits-Valter" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər