Martın 3-dən 6-dək Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət oğlan cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qız cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qrup və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qrup təmsil edəcək.
Azərbaycan Gimnastika Federasiyasının ilk dəfə olaraq təşkil edəcəyi yarışda ilkin qeydiyyat siyahısına əsasən 21 ölkədən 466 gimnastın iştirakı gözlənilir.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə oğlan cütlükləri, qız cütlükləri, qarışıq cütlüklər, oğlan qrupları, qız qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.