Millimiz Portuqaliya ilə oyunlara hazırlaşır

Millimiz Portuqaliya ilə oyunlara hazırlaşır

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2023-ün Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarına hazırlaşır.

Fanat.Az xəbər verir ki, Çingiz Əzimovun rəhbərliyi ilə həyata keçirilən məşqlər əsasən taktiki-texniki istiqamətdə aparılır.

Xatırladaq ki, püşkatmanın nəticəsinə görə millimiz ilkin mərhələdə Portuqaliya komandası ilə qarşılaşacaq. Hər iki oyun rəqib meydanında keçiriləcək.

Görüşlər noyabrın 3-ü və 5-də Paredes şəhərinin “Multiusos de Paredes” arenasında təşkil olunacaq.

Millimiz Portuqaliya ilə oyunlara hazırlaşırMillimiz Portuqaliya ilə oyunlara hazırlaşır

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər