Tələbə futbolçulardan ibarət milli komandamızın təlim-məşq toplanışı başlayıb. Fanat.az xəbər verir ki, ötən gün komanda baş məşqçi Adil Mahmudovun başçılığı altında ilk məşqinə çıxıb.
Qarşıda tələbələrin Avropa və dünya çempionatı var. Həmçinin tələbə yığmamız hələ vaxtı məlum olmayan beynəlxalq turnirə qatılacaq. Hazırda komandanın heyətində I divizionda çıxış edən "Qaradağ", MOİMK, "Şahdağ", həmçinin əvəzedicilərin çempionatında top qovan tələbə futbolçular yer alıb. Eyni zamanda komandanın bir neçə tələbə üzvü heç bir klubda oynamır.
Fanat.az