UEFA Millətlər Liqasında 3-cü tur başlayıb. Fanat.Az xəbər verir ki, Azərbaycan yığması bu gün növbəti matçına çıxıb. D Liqasında mübarizə aparan seçməmiz qrupdakı ikinci oyununu Lixtenşteynə qarşı keçirib. Matçda qapılara qol vurulmayıb. Qarşılaşmanı Avstriyadan olan hakimlər idarə ediblər. Oyunun baş hakimi Kristian Petru Çoçirka olub. Xatırladaq ki, millimiz qrupdakı ilk oyununu səfərdə Litva yığmasına qarşı keçirib və 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Lixtenşteyn isə ilk tur çərçivəsində evdə Litvaya 0:2 hesabıyla uduzub. Azərbaycan millisi növbəti oyununu 4 oktyabrda Bakıda Litva yığmasına qarşı keçirəcək. UEFA Millətlər Liqası D Liqası, 2-ci qrup 1 oktyabr Azərbaycan – Lixtenşteyn 0:0 Baş hakim: Kristian-Petru Çoçirka, Maksimilian Vays, Mihael Obritsberqer, Şafak Parmaksız (hamısı Avstriya). VAR: Manuel Şyuttenqruber (Avstriya). AVAR: Aleksander Harkam (Avstriya). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Azərbaycan: 1 Emil Balayev, 5 Anton Krivotsyuk, 6 Abdulla Xaybullayev, 7 Toral Bayramov, 8 Emin Mahmudov (k), 9 Musa Qurbanlı, 10 Mahir Emreli, 14 Elvin Bədəlov, 17 Vüsal İsgəndərli, 19 Tellur Mütəllimov, 21 Rəhim Sadıxov. Ehtiyat oyunçular: 12 Aydın Bayramov, 23 Rəvan Mirzəmmədov, 2 Edqar Adilxanov, 3 Rüfət Abbasov, 4 Rahil Məmmədov, 11 Ayxan Hüseynov, 13 Emil Səfərov, 15 Murad Xaçayev, 16 Rüfət Abdullazadə, 18 Cəlal Hüseynov, 20 Aleksey İsayev, 22 Anatoli Nuriyev.
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn matçında qalib müəyyənləşmədi
TREND
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Tv Afişa
11:09
29.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:08
28.11.2026
Elvin Cəfərquliyev başladı... - "Qarabağ" sabahkı oyuna neçə itki ilə çıxacaq?
Futbol
00:53
24.11.2026
Bizdə var, onlarda yoxdur: Azərbaycan futboluna böyük tərif
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:37
29.11.2026
"" - Yeton Bekiri
Azərbaycan futbolu
17:06
29.11.2026
Azər Bağırov "Qəbələ" ilə oyunu belə şərh etdi
Azərbaycan futbolu
16:50
29.11.2026
İkinci Liqa: “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə, “Şəmkir”dən heç-heçə
Azərbaycan futbolu
15:49
29.11.2026
MPL: "Şamaxı" - "Qəbələ" oyununda 2-ci qol - YENİLƏNİR