Milinko Pantiç: “Bakı” onun karyerasının sonudu"

Milinko Pantiç: “Bakı” onun karyerasının sonudu"
Milinko Pantiç "Rəvan"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın serb baş məşqçisi penaltini vura bilməyən Marius Penadan narazılıq edib:
"Çətin oyun oldu. Kubok oyunlarında belə də olur. Şanslardan yararlanmaq lazım idi. Biz isə bunu edə bilmədik və rəqib qələbə qazandı. Məğlubiyyəti qəbul etməliyəm. Rəqib son səfər oyununa əsas heyətin 10 futbolçusunu aparmamışdı. “Neftçi” ilə oyunda da eyni şeyi gözləyirəm. 120 dəqiqə ərzində rəqibin qapısına qol vura bilmədik və məğlub olduq. Rəqib isə əldə etdiyi imkandan maksimum yararlandı. Bəxtimiz də gətrmədi. Bəlkə də finalda oynamağa layiq deyildik. Bundan sonra bütün fikrimizi Premyer Liqaya yönləndirəcəyik, avrokuboklar uğrunda mübarizə aparacağıq. Məğlubiyyətə çox üzülürəm. Komandada bir problem var - hücumçunun olmaması. Son oyunların hamısında bu problemlə qarşılaşmışıq. Penaltilər seriyasına gəlincə, mən özüm də futbolçu olmuşam, penalti vurmuşam. Ancaq bu işi heç vaxt sevməmişəm. Penalti vuruşları zamanı həyəcan keçirdiyim üçün üzümü çevirirdim. Bu gün Marius Penaya şans verdim, ancaq o, heç nə edə bilmədi. Düşünmürəm ki, “Bakı” onun karyerasının sonudu. Pena dəyişə bilər. Ona AZAL-la oyunda da şans verəcəm. Hakimliyi şərh etmək istəmirəm".
Qeyd edək ki, ilk oyunda 1:0 hesablı qələbə qazanan "Bakı" cavab matçında "Rəvan"a eyni hesabla yenilib. Penalti seriyasında isə ikincilər üstün olub - 9:8.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər