Milan Boatenqi hamıdan gizli satdı

Milan Boatenqi hamıdan gizli satdı

Dünya futbolunda ictimaiyyətin gözləmədiyi transfer reallaşıb. Almaniya “Şalke 04”-ü “Milan”ın futbolçusu Kevin-Prins Boatenqi rənglərinə bağlayıb. Fanat.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı xəbər yayıb.

Tibbi müayinədən keçən 26 yaşlı yarımmüdafiəçi 4 illik müqaviləyə qol çəkib. Boatenqin keçidi üçün İtaliya klubuna ödəniləcək məbləğ isə hələ açıqlanmayıb. Qana millisinin üzvü 2010-cu ildə Dortmund “Borussiya”sından “Milan”a transfer olunmuşdu. Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Hollandiya PSV-sinin qapısından 2 top keçirən və 3:0 hesablı zəfərdə böyük pay sahibi olaraq, komandasını qrupa daşıyan Kevin-Prinsin milanlıları tərk edəcəyindən nə Almaniya, nə də İtaliya mətbuatının xəbəri olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər