Meyson Maunt "Çelsi" ilə bağlı yekun qərarını verdimi? - SON DURUM

Meyson Maunt "Çelsi" ilə bağlı yekun qərarını verdimi? - SON DURUM

Bu qış transfer bazarında adından söz etdirən "Çelsi" yarımmüdafiəçisi Meyson Mauntla yeni müqavilə ilə bağlı danışıqları davam etdirir.

Fanat.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb:

"Mənə deyiblər ki, "Çelsi" hələ Mauntdan yeni təkliflə bağlı konkret cavab almasa da, danışıqlar davam etdirilir. Meyson özü də bilir ki, Entso Fernandes və Mixail Mudrik kimi futbolçuların böyük pullar qarşılığında transfer edilməsindən sonra əsas heyət uğrunda mübarizə bir qədər də gərginləşəcək. İndilik bu sual açıq alır".

Qeyd edək ki, daha öncə Mauntun özünə münasibətdən narazı olduğu üçün "zadəganlar"ın təklifini geri çevirdiyi və iş yerini dəyişməyə can atdığı hadqa məlumatlar dərc edilmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər