Messinin komanda yoldaşı La Liqa klubuna keçdi

Messinin komanda yoldaşı La Liqa klubuna keçdi

ABŞ təmsilçisi "İnter Mayami"nin futbolçusu Federiko Redondo İspaniya təmsilçisi "Elçe"yə keçib.

Fanat.Az xəbər verir ki, məlumatı La Liqa klubunun mətbuat xidməti yayıb.

MLS təmsilçisində Lionel Messi ilə komanda yoldaşı olmuş 22 yaşlı yarımmüdafiəçi 5 illik müqaviləyə imza atıb. Mayami klubu onun növbəti satışından müəyyən faiz əldə edəcək.

Qeyd edək ki, Redondo cari mövsüm "İnter Mayami"də 27 matça çıxaraq 1 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər