İtaliyanın “Sportal” idman saytında martın 29-da Dünya Boks Seriyası (WSB) Liqası yarışları çərçivəsində “Baku Fires” və “Dolce Gabbana İtalia Thunder” boks komandalarının qarşılaşacağı ilə bağlı məlumat yerləşdirilib. Fanat.az xəbər verir ki, yazıda Quba Olimpiya İdman Kompleksində keçiriləcək WSB-nin 1/4 final mərhələsinin ilk görüşündə Azərbaycanın “Baku Fires” boks komandası İtaliyanın “Dolce Gabbana İtalia Thunder” kollektivini qəbul edəcəyi qeyd olunur.
İlk qarşılaşma Mark Antoni Bariqqa ilə Xamza Nametov arasında olacaq. Məqalədə ən maraqlı qarşılaşmalardan birinin 91 kq çəki dərəcəsində yarışan İtaliya komandasının kapitanı Klemente Russo ilə Əbdülqədir Abdullayev arasında baş tutacağı vurğulanır. Qeyd olunur ki, 25 yaşlı Abdullayev WSB-nin dörd mövsümü ərzində 8 qələbə və 2 məğlubiyyətlə rekord göstərici nümayiş etdirib. Yazıda diqqətə çatdırılır ki, “Baku Fires” və “Dolce Gabbana İtalia Thunder” komandaları arasında cavab qarşılaşmasının aprelin 5-də İtaliyada keçirilməsi nəzərdə tutulub.
Fanat.az