Məmmədov göndərilir, Arif Əsədov baş məşqçi olacaq!

Məmmədov göndərilir, Arif Əsədov baş məşqçi olacaq!

Premyer Liqanın geridə qalan 3 turu ərzində cəmi 2 xal toplayan "Sumqayıt”da baş məşqçi istefası reallaşa bilər. 

Sport7.az xəbər verir ki, artıq Aqil Məmmədovun komandadan göndərilməsinə dair müzakirələr gedir.

Klub rəhbərliyi alınanan nəticələrdən razı deyil. Guya ki, heyətdə "ulduz" futbolçular yer alıb, Məmmədov buna rəğmən nəticə qazana bilmir. Maraqlıdı ki, ötən gün klub prezidenti Kamran Quliyev də komandasının "Neftçi”yə qarşı keçirdiyi oyundan narazı qaldı. Bunu klub rəhbəri qarşılaşmadan sonra özü də etiraf etdi. Yəqin ki, Aqil Məmmədovun işi onu artıq qane etmir. Bu səbəbdən də gənc çalışdırıcı ilə yolların ayrılmasına dair müzakirələr başlanılıb.

Aqil Məmmədovu əvəzləyəcək baş məşqçinin adı da bizə məlumdu. Etibarlı mənbədən Sport7.az-a verilən məlumata görə, "Sumqayıt” rəhbərliyi Məmmədovu göndərəcəyi halda "Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədova qapıları açacaq. Heç təsadüfi deyildi ki, Əsədov ötən gün "”Neftçi” – "Sumqayıt” matçını izləyənlər arasında idi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər