Melo La Liqa klubunda -RƏSMİ

Melo La Liqa klubunda -RƏSMİ

“Yuventus”un müdafiəçisi Artur Melo “Jirona”ya keçib.

Fanat.Az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək. Onun müqaviləsi 30 iyun 2025-ci il tarixinədək nəzərdə tutulub.

“Yuventus”da kifayət qədər oyun şansı qazanmayan 28 yaşlı futbolçu ötən mövsüm icarə əsasında “Fiorentina”da çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər